Xəbər lenti

Növbəti pandemiya bu səbəbdən ola bilər - Virusoloq açıqladı
Sağlamlıq 16:41 20.12.2025

Növbəti pandemiya bu səbəbdən ola bilər - Virusoloq açıqladı

"Honkonq qripi yeni pandemiyaya səbəb ola bilər".

Qaynarinfo xəbər verir ki, bunu rusiyalı tibb elmləri doktoru, yoluxucu xəstəliklər üzrə mütəxəssis və virusoloq Yelena Malinnikova TASS-a bildirib.

Onun sözlərinə görə, əgər növlərarası keçidi aşarsa, pandemiyaya quş qripi (H5N1) də səbəb ola bilər.

"50 ildən çoxdur ki, diqqət insan populyasiyasında dövran edən A (H3N2) qrip virusuna (Honq Konq qripi) və hemaqlütinin-5 ehtiva edən quş virusuna yönəlib. Buna görə də, bu gün onlar yaxından izlənilir və həqiqətən də bu, özünü ciddi şəkildə göstərir", deyə Malinnikova paylaşıb.

O, aydınlaşdırıb ki, bu cür məlumatlar panikaya səbəb kimi qəbul edilməməlidir, çünki antiviral dərmanlar və peyvənd mövcuddur. Müasir peyvəndlər hamilə qadınların, azyaşlı uşaqların, ağır xroniki xəstəlikləri və müxtəlif immun çatışmazlığı olan insanların peyvənd olunmasına imkan verdiyindən, peyvənd hər kəs üçün mümkündür.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->