"Real"dan Kriştiano Ronaldonu transfer edən "Yuventus" Qonzalo Hiquaynla yollarını ayırır.
Qaynarinfo xəbər verir ki, Turin klubu argentinalı forvardı transferə çıxardıb. "Yuvetus"un onun üçün 60 milyon avro tələb etdiyi bildirilir.
Hazırda Hiquaynla "Çelsi", "Bavariya" və "Milan" maraqlanır. Hiquaynın İngiltərə klubuna keçəəyi gözlənilir.
Qeyd edək ki, Hiquayn 2007-2013-cü illərdə "Real"da çıxış edib. "Kral Klubu" 2013-cü ilin yayında onu 39 milyon avroya "Napoli"yə satıb. "Yuventus" argentinalı ulduzu 2016-cı ildə 90 milyon avroy alıb. O, ötən mövsüm keçirdiyi 50 rəsmi matçda 23 qol vurub və 8 məhsuldar ötürmə edib.
Şərhlər