Portuqaliyalı ulduz Kriştiano Ronaldo milli komandanın keçirəcəyi növbəti 2 oyunda iştirak etməyəcək.
Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, "Yuventus"un formasını geyinən ulduz futbolçu Portuqaliya millisinin bu ay Polşa və Şotlandiya ilə keçirəcəyi oyunlarda yer almayacaq.
Qeyd edək ki, Kriştiano Ronaldo son dövrlərdə zorlama ittihamı ilə gündəmdədi. Amerikalı model Katrin Mayorqa futbolçunun 2009-cu ildə ona təcavüz etdiyini iddia edir.
Gülşən
Şərhlər