Kriştiano Ronaldo və Lionel Messi eyni komandada çıxış edə bilər.
Qaynarinfo Fanat.Az-a istinadən xəbər verir ki, "Yuventus" və "Barselona"nın ulduzlarının ABŞ-ın "İnter Mayami" klubunda kəsişməsi gözlənilir.
"Fox Sports"un məlumatına görə, klubun sahibi Devid Bekhem iki dünya ulduzunun komandasında oynamasını istəyir və artıq bunun üçün hərəkətə keçib.
İddialarla bağlı danışan Beuhem "Hər kəsin arzusunda olduğu komandada Leo və Kriştiano var. Karyeralarının son dövrlərini yaşamalarına rəğmən hələ də yüksək performans göstərirlər. Heç vaxt karyeralarını bitirməyəcəklər kimi oynayırlar" deyib.
Şərhlər