Maqazin 18:07 27.01.2022

Roza Zərgərliyə bu kanalda vəzifə verildi

Müğənni Roza Zərgərliyə yeni fəaliyyətə başlayacaq "Kanal S"də vəzifə verilib.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, sənətçi telekanalın baş prodüseri vəzifəsini icra edəcək. Sözügedən kanal gələn ay yayıma başlayacaq.

Qeyd edək ki, Roza Zərgərli 8 ildir televiziyada fəaliyyət göstərir. O, "Bakı vaxtı ilə" proqramının aparıcısı və müəllifi olub. Hazırda ARB TV-də yayımlanan "Tam vaxtıdır" verilişinin həm aparıcısı, həm də layihə rəhbəridir.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?