"ABŞ Kovid-19 şərtlərində dərman və zəruri maddələrin gəlişinə qadağa qoyaraq, 83 milyon iranlının sağlamlığını əsir alıb".
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani finlandiyalı həmkarı Sauli Niinistö ilə telefon danışığı zamanı deyib. O, Avropa İttifaqını və Finlandiyanı ABŞ-ın sanksiyalarına qarşı çıxmağa çağırıb.
"Təssüf ki, amerikalılar heç bir mərhələdə xoşniyyət nümayiş etdirmədilər. Kovid-19 şərtlərində belə İrana qarşı sanksiyaları və iqtisadi təzyiqləri davam etdirdilər. Amerika bu yolun onlara fayda gətirməyəcəyini anlamalıdır. Nüvə sazişinin ləğvi hər kəsin zərərinədir", - deyə Ruhani bildirib.
İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını davam etdirdiyini və nüvə fəaliyyətlərini onların nəzarəti altında apardıqlarını deyən Ruhani Aİ ölkələrinin sazişin 11 maddəlik öhdəliklərini yerinə yetirəcəyi təqdirdə Tehranın da razılaşmaya sadiq qalacaqlarını ifadə edib.
Camal
Şərhlər