Dünya 13:47 13.08.2020

Rus aparıcı Belarus OMON-unu qəddarlığına görə təriflədi

"Rusiya 1” kanalında yayımlanan "60 Dəqiqə" verilişinin aparıcısı Olqa Skabeyeva Belarusda etirazçılara qarşı sərt hərəkətlər edən OMON polislərini tərifləyib. Onun sözlərinə görə, ukraynalı həmkarlarından fərqli olaraq, Belarus təhlükəsizlik qüvvələri daha təsirli taktikalardan istifadə ediblər.

Qaynarinfo xəbər verir ki, verilişin efirində Skabeyeva Ukraynada Maydan hadisələrinin güc strukturlarının qətiyyətsizliklərinə görə baş verdiyini vurğulayıb: 
"Belarus OMON-unu qəddar olduğuna görə tənqid edərkən diqqət yetirin, Kiyevdə etirazçıları dağıda bilmədilər və Maydan başladı. Artıq 6-cı ildir bitmir".
Belarusda etirazlar "demək olar ki, üç gündə dayandırıldı", - aparıcı deyib və polis pərakəndəliyini dəstəkləmədiyini bildirib.

Xatıladaq ki, Belarusda kütləvi etirazlar avqustun 9-da ölkədə prezident seçkilərinin nəticələri elan olunduqdan dərhal sonra başlayıb. Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, Aleksandr Lukaşenko səslərin 80%-dən çoxunu qazanıb.
 
Alpər