Kamerun sahillərində dəniz quldurları tərəfindən qaçırılan rus dənizçilər azad edilib.
Qaynarinfo xəbər verir ki, RİA Novostinin məlumatına görə, dənizçilər hazırda Almaniyadadır və gələn həftə ərzində ölkələrinə qayıdacaq.
Qeyd edək ki, hadisə 15 avqustda liman şəhəri Douala sahilində baş vermiş, Almaniyanın "Marmalaita" adlı yük gəmisi və ekipaj üzvləri quldurlar tərəfindən ələ keçirilmişdi.
Cinayətkarlar əsirləri azad etmək üçün pul tələb edirdi. Danışıqlar və məbləğ barədə məlumat verilmir.
Gülşən
Şərhlər