Dünya 16:39 02.07.2020

Rus ekspert: “Putin yerini bərkitdi, daha müxalifət heç nəyə ümid etməsin”

Sistemsiz müxalifət Putinin prezident müddətinin sıfırlanması şəraitində birləşməyə qadir deyil. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Sankt-Peterburq "Avropa Universitetinin Modernləşmə Tədqiqatları Mərkəzi”nin elmi direktoru, fəlsəfə doktoru Dmitri Travin deyib. Travin Rosbalt müxbirinə deyib ki, müxalifət hərəkatında dəyişiklik ehtimalını təsdiqləyən heç bir fakt yoxdur.

"Düşünürəm ki, siyasi rejimin dəyişməsi başqa yollarla baş verəcək və çox güman ki, bu tezliklə baş verməyəcək. Ən çox ehtimal bunun Sovet İttifaqında olduğu kimi, liderin ölümündən sonra mümkün olmasıdır. Qorbaçov gələndə, üstəlik o, yeni nəslin nümayəndəsi idi, heç kim yenidənqurma olacağını gözləmirdi. Onun başında tamamilə fərqli düşüncələrin olduğu ortaya çıxdı”, - Travin deyib.

Ekspert Vladimir Putinin rəhbərliyi altında rejimin dağılacağını istisna etmir, ancaq ona görə, belə şeyləri proqnozlaşdırmaq mümkün deyil.

Xatırladaq ki, ilkin məlumatlara görə, rusların 77,92% Əsas Qanuna düzəlişləri dəstəkləyib. Konstitusiyanın yeni variantı hazırkı dövlət başçısının 2036-cı ilə qədər daha iki prezidentlik müddətinə namizəd olmasına imkan verəcək.
 
Alpər