Rus model Anna Şapiro Rusiya prezidenti Vladimir Putinin onu siçan zəhəri öldürmək istədiyini iddia edib.
Qaynarinfo xəbər verir ki, ötən günlərdə restoranda yemək yeyən Şapiro və həyat yoldaşı Aleksin vəziyyəti pisləşib. Anna həyat yoldaşını restoranın tualetində ağzından köpük çıxan vəziyyətdə aşkarlayıb, qısa müddət sonra modelin də vəziyyəti pisləşib. Hər iki şəxsi öldürmək üçün siçan zəhərindən istifadə edildiyi ehtimallar arasındadır. Hadisədən sonra Aleks xəstəxanaya aparılıb, Anna və restoranın ofisiantı kimyəvi silah hücumuna qarşı duş altına salınıb.
Hazırda İsrail vətəndaşı olan Anna bildirir ki, atası Rusiya ordusunun üzvü olub, Rusiya höküməti fikirləşir ki, mən və Aleks agentəm, bu səbəbdən bizi öldürmək istəyir.
Qeyd edək ki, Anna Şapiro ilkin müayinədən sonra xəstəxanadan çıxıb, Aleksin müalicəsi isə davam edir.
Gülşən
Şərhlər