Suriya hava məkanında Rusiyaya aid sərnişin təyyarəsinə raket atıldığı bildirilib.
Qaynar.info-nun məlumatına görə, "Nordwind" hava yollarına aid 159 nəfər sərnişini olan təyyarə Misirin Şarm əl Şeyx şəhərindən Kazana uçurmuş.
İnterfaks agentliyi təyyarəyə iki raket atıldığını bildirib. Agentlik raketlərin təyyarənin yaxınlığında partladığını, lakin təyyarəyə dəymədiyini yazıb.
hadisə zamanı xəsarət alan olmayıb.
Bundan sonra təyyarə yolunu dəyişdirib.
Rusiya Xarici İşlər Nazirliyi artıq təyyarənin sərbəst şəkildə Kazana endiyini bildirib. nazirlik hücumun kimlər tərəfindən edildiyini araşdırır.
Qaynar.info
Şərhlər