Rusiya 75 il sonra gizli sənədləri yayımladı (FOTO)

Rusiya 75 il sonra gizli sənədləri yayımladı (FOTO)

Rusiya Macarıstanın faşistlərdən azad edilməsinə dair gizli saxlanılan 75 illik sənədlərin üzərindəki gizliliyi götürüb.

Qaynarinfo xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin "Budapeştə Azadlığın Körpüsü" başlığı altında yayımladığı sənədlərdə Macarıstanın paytaxtının necə azad olunmasına dair bir çox məlumatlar və kəşfiyyat informasiyaları var.

29 oktyabr 1944-cü ildə faşitlərin nəzarət etdiyi bölgələrə Sovet İmperiyasının 2-ci və 3-cü Ukrayna cəbhəsinin qüvvələri tərəfindən genişmiqyaslı hərbi əməliyyat başladılıb. 108 gün davam edən qarşıdurmaların nəticəsində Macarıstanın bəzi bölgələri və paytaxt Budapeştdə almanlar geri çəkilib. Nəhayət 13 fevral 1945-ci il tarixində nəzarət Sovet İmperiyasının Qızıl Ordusuna keçib.

Yayımlanan sənədlərdə Macarıtanın o dövrkü prezidenti İstvan Betlenin 1944-cü ilin 7 dekabrında rusların tərəfinə keçdiyinə, faşistlərin işçiləri necə qaçırdığı və yerli xalqı təhqir etdiyinə, Qızıl Ordunun gəlişinin rifaha, orduda intizaman səbəb olmasın və bir çox məsələlərə dair detallarla tanış olmaq olar.

Açılan arxivdə həmçinin faşitlərin müharibə əsirləri və mülki şəxslərlə davranışlarına, Szget şəhərində yəhudilərə münasibətlərinə dair sənədlər də yer alır.
 
Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR