Xəbər lenti

Rusiya ABŞ media qurumlarını
Dünya 13:47 05.12.2017

Rusiya ABŞ media qurumlarını "xarici agent" elan etdi

Rusiya ədliyyə nazirliyi ABŞ-ın 9 media qurumunu "xarici agent" elan edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, həmin media qurumlarının Amerikanın Səsi, Radio Free Europe/Radio Liberty, Current Time TV, Radio Liberty-nin Tatar-Başqırd qolu Azatliq Radiosi, Sibir. Realii, Idel.Realii, Faktograf, Kavkaz. Realii və Krym.Realii olduğu açıqlanıb.

ABŞ ədliyyə nazirliyi 13 noyabrda ABŞ-da fəaliyyət göstərən RT kanalını "xarici agent" adlandırmış, ABŞ konqresi binanın akreditasiyasını ləğv etmişdi.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 25 noyabrda Rusiyada fəaliyyət göstərən və xarici ölkələrdən maliyyələşən media qurumlarının "xarici agent" adlandırılmasını nəzərdə tutan qanun dəyişikliyini imzalamışdı.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->