Foto 18:30 03.12.2021

Rusiya azərbaycanlıya “stop” qoydu: Ukraynada saxlanıldı (FOTO)

Ötən gün Ukraynanın Sumı rayonunun Rıjivka kəndi yaxınlığında sərhədçilər Azərbaycan vətəndaşını saxlayıblar.
 
Qaynarinfo xəbər verir ki, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşlarına yerli sakindən naməlum şəxsin dövlət sərhədi istiqamətində hərəkət etməsi barədə məlumat daxil olub. 

Ukrayna sərhədçiləri tərəfindən 54 yaşlı azərbaycanlı keçirilən əməliyyat zamanı saxlanılıb. 

Məlum olub ki, 54 yaşlı şəxs Azərbaycandan Ukraynaya gedib. O Sankt-Peterburqda yaşayan oğlunu görmək üçün Ukraynadan qeyri-qanuni yollarla Rusiyaya getmək istəyib.  

İlkin ifadəsində bildirib ki, Rusiya Federasiyası ərazisinə girişinə stop qoyulub. Elə bu məqsədlə Ukrayna-Rusiya sərhəddini müəyyən edilmiş keçid məntəqələrindən deyil, qeyri-qanuni yolla keçmək qərarına gəlib. 

Cinayətin bütün hallarını öyrənmək üçün Azərbaycan vətəndaşı saxlanılıb. Həmin şəxs Ukraynanın dövlət sərhədini qanunsuz keçməyə cəhd etdiyinə görə inzibati məsuliyyətə cəlb olunub. Onun gələcək taleyinə məhkəmə qərar verəcək.
 
Əhməd