Dünya 18:50 28.10.2021

Rusiya bu dəfə Türkiyə naringisinə qarşı hücuma keçdi

Rospotrebnadzor Türkiyədən Rusiyaya naringi tədarükünü dayandırıb.

Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, iddiaya görə, idarənin mütəxəssisləri istehsalçılardan birinin məhsulunda pestisidlərin izlərini aşkar ediblər.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, söhbət "FIKRET DEGIRMENCI SARARTMA PAKETLEME IHRACAT İTHALAT VEPAZARLAMA LIMITED SIRKETI SARIBRAHIMLI MAHALLESI İPEK-1 SOK.NO 21 AKDENIZ / MERSİN/” uzun adı olan şirkətdən gedir.

Xəbərə görə, onun yetişdirdiyi naringilərdə xlorpirifosun qalıq miqdarı aşkar edilib və konsentrasiyası icazə verilən maksimum həddi keçib.

Çatdırılmalar oktyabrın 29-dan növbəti xəbərdarlığa qədər dayandırılıb.
 
Alpər