ABŞ-da casusluq etməkdə günahlandırılan Rusiya vətəndaşı Mariya Butina ittihamları qəbul edib.
Qaynarinfo xəbər verir ki, Mariya ABŞ hakimləri ilə əməkdaşlığa da razılıq verib.
29 yaşlı Butina iyul ayında həbs edilib. O, ABŞ-ın ən böyük silah lobbisi Milli Silah Birliyinə daxil olmaq və rəsmi Vaşinqtonun Rusiya siyasətinə təsir göstərməyə çalışmaqda ittiham edilir. Mariya Butina təhsil üçün ABŞ-a getməmişdən əvvəl Rusiyada "Right to Bear Arms" adlı təşkilat yaradıb.
Gülşən
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər