Dünya 11:59 11.08.2020

Rusiya FŞ Belarusdakı etirazları ABŞ-ın üstünə atdı

Penza bölgəsindən olan senator Oleq Melniçenko Belarusdakı etirazların Qərbdə təşkil edildiyini söyləyib. 

Qaynarinfo xəbər verir ki, o, bu olaylarda xüsusilə ABŞ-ın izini gördüyünü qeyd edib. Federasiya Şurası üzvünün sözlərinə görə, bütün bu texnologiyalar artıq digər ölkələrdə də sınaqdan keçirilib.

Xatırladaq ki, 6-cı dəfə ölkə prezidenti vəzifəsinə seçilən Aleksandr Lukaşenko ilə əlaqədar görünməmiş etirazlar baş qaldırıb. MSK belarusların 80%-dən çoxunun onu dəstəklədiyini bildirib. Müxalifət hesab edir ki, ən yaxşı halda onun təxminən 20% səsi var, qalanı isə saxtadır.

Alpər