Xəbər lenti

Rusiya futbolunda azarkeş üsyanı, yeni qaydalara etiraz etdilər
İdman 15:20 24.01.2022

Rusiya futbolunda azarkeş üsyanı, yeni qaydalara etiraz etdilər

"Spartak” azarkeşləri birliyi "Fratria” "Fan ID" qaydalarının qəbulu ilə əlaqədar "qırmızı-ağlar"ın matçlarını boykot edib.

Qaynarinfo xəbər verir ki, "Spartak”ın bütün azarkeş birlikləri adından bəyanat dərc olunub.

Bəyanatda tətbiq edilən qaydaları, pasportları, identifikatorları və "Fan ID" qanununu qəbul etməkdən imtina olunduğu yazılıb. Sözügedən idenfikasiya qaydalarının tətbiq olunacağı təqdirdə azarkeşlər Rusiya Premyer Liqasının, Rusiya Futbol Kubokunun oyunlarını, avrokuboklarda iştirak edən klubların ev oyunlarına gəlməyəcəklərini bildirib. "Stadion həbsxana deyil! Futbol azarkeşlər üçündür" sözlərinin də yer aldığı bəyanatda qaydaların tamamilə ləğv olunana qədər azarkeşlərin boykotu davam etdirəcəkləri bildirilib. 

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->