Dünya 19:18 24.05.2020

Rusiya-Gürcüstan sərhədi yaxınlığında zəlzələ oldu

Rusiya-Gürcüstan sərhədi yaxınlığında 3,9 maqnitudalı zəlzələ olub.

Qaynarinfo APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 16.33 radələrində İnquşetiya ərazisində, Gürcüstanla sərhəddən 7 km uzaqlıqda baş verib.

Zəlzələnin ocağı 16 km dərinlikdə yerləşib.

Dağıntı barədə məlumat daxil olmayıb.