“Rusiya heç vaxt böyük dövlət olmayacaq, çünki...” – Natiq Cəfərli

“Rusiya heç vaxt böyük dövlət olmayacaq, çünki...” – Natiq Cəfərli

"Rusiya heç vaxt böyük dövlət olmayacaq, çünki çox cılız düşünür, çox düşük davranır. Gah pomidora qadağa qoyur, gah turistlərin qarşısını alır”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Rusiyanın Türkiyə ilə bütün uçuşların dayandırmasına aydınlıq gətirərkən deyib. Onun fikrincə, rusiyalılar Türkiyədə dincəlməyi çox sevir:

"May bayramlarlnda 2 milyona yaxın rusiyalı Türkiyəyə getməyə hazırlaşırdı. Bu gün Rusiya Türkiyə ilə bütün uçuşları dayandırdı, aprelin 15 dən iyunun 1-nə qədər qrafiklə olan reyslər və çarterlər olmayacaq. Həftədə cəmi bir dəfə rəsmi səfərlər üçün Moskva-İstanbul reysi qalacaq”.
 
 

Ekspert hesab edir ki, buna səbəb Ukrayna prezidentinin Türkiyəyə səfəri və görüş zamanı prezident Ərdoğanın Krımın işğalı, Ukraynanın ərazi bütövlünə dəstək haqqında bəyanatı, hərbi-iqtisadi sahələrdə bağlanmış çoxsaylı müqavilələrdir:

"Türkiyə "Krım Platformasına" qoşulduğunu da bəyan etdi, bu format Krımın işğalına son qoymaq, Donbasın Ukraynaya qaytarmaq üçün yaradılıb. Türkiyə ilə Rusiyanın arasında çox yaxşı münasibətlərin olması bizə heç vaxt sərf etməyib. Hər iki ölkə arasında müəyyən fikir ayrılığı, çəkişmələr olsa bizə xeyirdir. Ukrayna məsələsində isə Azərbaycan bəyanatlarsız, qışqır-bağırsız imkan daxilində rəsmi Kiyevə dəstək olmalıdır...”

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR