Moskva ehtiyac yaranarsa, yeni növ koronavirus pandemiyasına qarşı mübarizədə ABŞ-a kömək etməyə hazırdır.
Qaynarinfo xəbər verir ki, bu açıqlama ilə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov çıxış edib.
"Sadə amerikalılar bilməlidirlər ki, Rusiya Kaliforniyada yanğınların söndürülməsində dəfələrlə kömək təklif etdiyi kimi zəruri hallarda yenə ABŞ-a kömək etməyə hazır olacaq”, - Rusiya diplomatik nümayəndəliyinin rəhbəri deyib.
Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-ın COVID-19 coronavirusunun yayılmasının yeni episentri ola biləcəyini qəbul edib.
Alpər
Şərhlər