Ukrayna prezidenti Volodimir Zelenski Almaniyadakı Ramşteyn bazasında Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun iclasında növbəti dəfə "qələbə planını” təqdim edəcək.
Qaynarinfo xəbər verir ki, "The Washington Post" mənbələrinin məlumatına görə, bu görüşdə NATO ölkələri Ukraynaya ölkənin gələcək alyansa üzvlüyü üçün "daha konkret addımlar” təklif edəcəklər.
Nəşr qeyd edir ki, Zelenski ABŞ-a son səfəri zamanı Amerika tərəfindən konkret cavab almayıb, çünki prezident Co Bayden uzaqmənzilli raketlərin istifadəsinə qoyulan qadağa ilə bağlı mövqeyini dəyişməyib.
WP-dəki mənbənin sözlərinə görə, Almaniyada keçirilən görüşdə NATO-nun Ukraynaya təklif etməyi planlaşdırdığı addımlar da Ukrayna tərəfinin tələb etdiyi "təcili həll yollarına" tam cavab verməyəcək.
Görüş gələn həftə Ramşteyn bazasında baş tutacaq. Görüşdə Co Bayden iştirak edəcək. "Financial Times” yazıb ki, Amerika prezidenti Ukraynanın NATO-ya daxil olması məsələsində mövqeyini yumşaltmağa razı ola bilər.
2022-ci ilin sentyabrında Zelenski ölkənin NATO-ya üzv olması üçün ərizə göndərib. "Foreign Policy” 2024-cü ilin yanvarında yazıb ki, ABŞ və Almaniya hakimiyyəti Ukraynanı alyansa dəvət etməyi təxirə salmaq istəyir.
May ayında Almaniya kansleri Olaf Şolts Ukraynanın yaxın 30 ildə NATO-ya üzv olmayacağını etiraf edib. "La Repubblica” yazır ki, Şolts əvvəllər Ukraynaya məxsus olan ərazilərin bir hissəsinin Rusiyaya verilməsini istisna etməyən sülh planı hazırlayır.
Aydın
Şərhlər