XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şahzadə dünyanın ən hündür qülləsini tikdirir - 1000 metr, 1,9 milyard dollar...
Dünya11:53 06.10.2024

Şahzadə dünyanın ən hündür qülləsini tikdirir - 1000 metr, 1,9 milyard dollar...

Səudiyyə maqnatı şahzadə Əl-Valid bin Talal 2028-ci ildə tamamlandıqda dünyanın ən hündür binasına çevriləcək 1000 metr hündürlüyündə Ciddə Qülləsi layihəsini reallaşdırır.
Qaynarinfo zğbər verir ki, bu barədə "Financial Times” milyarderin sosial şəbəkələrinə istinadən yazıb.
Milyarder X səhifəsində tikinti sahəsinə baxışın videosunu yerləşdirərək və "Biz qayıtdıq" yazın.
Forması "yarpaq dəstəsinə" bənzəyən göydələn üzərində işlər 2017-ci il antikorrupsiya kampaniyası səbəbiylə uzun müddət dondurulduqdan sonra bu həftə bərpa edilib.
1,9 milyard dollar dəyərində olan qüllə layihəsi "Kingdom Holding Co" və şahzadə Əl-Validin Səudiyyə Binladin Qrupu ilə birlikdə hazırlanır. 
O, Səudiyyə Ərəbistanında iqtisadiyyatın yavaşlaması fonunda investorları və turistləri cəlb etməyə yönəlmiş bir sıra böyük lüks daşınmaz əmlak sövdələşmələrinin mərkəzi olacaq.
Aydın