Xəbər lenti

Milyardlar hara gedib? - BMT hər iki həftədən bir Əfqanıstana 80 milyon dollar göndərib
Dünya 20:35 06.10.2024

Milyardlar hara gedib? - BMT hər iki həftədən bir Əfqanıstana 80 milyon dollar göndərib

BMT son üç ildə iki həftədən bir Əfqanıstandakı struktur bölmələrinə təxminən 80 milyon dollar göndərib.

Qaynarinfo xəbər verir ki, bu barədə Əfqanıstanın "Pajhwok" xəbər agentliyi ABŞ Dövlət Departamentinin Əfqanıstanın Yenidənqurulması üzrə Xüsusi Baş Müfəttişinin (SIGAR) ofisinə istinadən məlumat yayıb.

2021-ci ildə Taliban hakimiyyətə gəldikdən sonra BMT islam dövlətinə vəsaitlərin köçürülməsinə qarşı sanksiyalar tətbiq edib. Maliyyə çatışmazlığını aradan qaldırmaq üçün təşkilat hər 10-14 gündən bir Əfqanıstandakı ofislərinə təxminən 80 milyon dollar göndərib.

SIGAR-ın məlumatına görə, BMT 2022 və 2023-cü illərdə Əfqanıstana ümumilikdə 3,6 milyard dollar göndərib. BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) bu pulların təşkilatın özəl banklardakı xüsusi hesablarında saxlanıldığını bildirib.

Eyni zamanda SİGAR hesab edir ki, bu vəsaitlər dolayısı ilə Əfqanıstanın müvəqqəti hökumətinə və ölkəyə xeyir verib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->