XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Firuzə İbadova xəstəxanadan evə buraxılıb - Qızı son vəziyyətini açıqladı
Ölkə17:07 14.09.2026

Firuzə İbadova xəstəxanadan evə buraxılıb - Qızı son vəziyyətini açıqladı

Əməkdar artist Firuzə İbadova xəstəxanadan evə buraxılıb.

Bu barədə müğənninin qızı Hülya İbadova Qaynarinfo-ya məlumat verib.

O, anasının hələ tam özünə gəlmədiyini bildirib:

“Evimizdəyik, amma anam hələ özünə gəlməyib. Çox zəifdir. Müalicəsi ev şəraitində davam edir. Həkimlər hər şeyin yaxşı olacağını bildiriblər”.

Qeyd edək ki, bir neçə gün əvvəl Əməkdar artist Firuzə İbadovanın səhhəti ağırlaşıb. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Bahar Rüstəmli