MTK ilə sakinlər üz-üzə: Ümumi əmlak necə özəlləşdirilib? (VİDEO)
Yasamal rayonunun Yeni Yasamal qəsəbəsi ərazisində yerləşən binanın sakinləri ilə keçmiş MTK sədri Aydın Cəfərov arasında əmlak mübahisəsi yaranıb.
Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, sakinlər vaxtilə Bakı Dövlət Universitetinin müəllimlərinin mənzil təminatı məqsədilə ayrılmış torpaq sahəsində yaradılan "Gənc Alim" MTK-nın idarəçiliyinin Aydın Cəfərova həvalə olunduğunu iddia edirlər.
Onlar bildirirlər ki, tikinti işləri 2006-cı ildə başa çatdıqdan sonra binanın ümumi istifadədə olan bəzi sahələri sakinlərin xəbəri olmadan özəlləşdirilib.
Şikayətçilər xüsusilə zirzəminin və həyətdə yerləşən xeyir-şər evinin vəziyyətindən narazıdırlar. Onlar bildirirlər ki, zirzəmiyə giriş məhdudlaşdırılıb və bu ərazidən binanın kommunikasiya xətləri, o cümlədən su sistemi keçir. Sakinlər qeyd edirlər ki, fövqəladə vəziyyət zamanı zirzəmiyə daxil ola bilməmələri ciddi problem yarada bilər.
Şərhlər