Fransa, Belçika, Niderland, Almaniya, Yunanıstan, Malta, Portuqaliya, İtaliya və İsveçrə texnologiya və sistemlər lazımi qaydada işləyənə qədər Avropa İttifaqının mübahisəli Giriş-Çıxış Sistemini (EES) tətbiq etməyəcəklərini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Avropa İttifaqının (Aİ) Şengen məkanına giriş zamanı barmaq izi və üz skanının məcburi olmasını nəzərdə tutan yeni Giriş-Çıxış Sistemi (EES) hava limanlarında yaranan sıxlıq və texniki problemlər səbəbindən Fransa, Belçika, Niderland, Almaniya, Yunanıstan, Malta, Portuqaliya, İtaliya və İsveçrədə təxirə salınıb.
Sərhəd keçid məntəqələrində sərnişin axınını qorumaq və xüsusilə sıx mövsümlərdə yarana biləcək səyahət böhranlarının qarşısını almaq məqsədilə sözügedən 9 ölkənin keçid məntəqələrində infrastruktur tam hazır vəziyyətə gətirilənədək biometrik məlumatların toplanmayacağı bildirilib.
Ötən ilin oktyabrında mərhələli şəkildə tətbiqinə başlanılan və bu ilin ilk aylarında tam istifadəyə verilməsi planlaşdırılan sistem üçün üzv ölkələrə daha əvvəl 150 günlük çeviklik müddəti verilmişdi.
Son qərara əsasən, sistemdəki problemlər aradan qaldırılana qədər Aİ xaricindən gələn sərnişinlərin sərhəd keçidləri mövcud nəzarət qaydaları ilə davam etdiriləcək.
Aydın
Şərhlər