Xəbər lenti

DTX-nin saxladığı "Çevik" və Kamran Bilalov həbs olundu
Ölkə18:08 14.09.2026

DTX-nin saxladığı "Çevik" və Kamran Bilalov həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Məqsəd Məcid oğlu Bağırov və Kamran Ramiz oğlu Bilalov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Qaynarinfo xəbər verir ki, onlara Cinayət Məcəlləsinin 283-cü (283. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham elan ediliblər.

Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində təqsirli bilinirlər.

Qeyd edək ki, "Çevik" ləqəbli Məqsəd Bağırov "TikTok" sosial şəbəkəsində canlı yayımlar açaraq dini mövzularda müxtəlif mübahisəli fikirlər söyləyib.