Xəbər lenti

Rusiya məscidində Hitler haqqında kitab tapıldı, molla cərimələndi
Dünya 22:55 10.02.2025

Rusiya məscidində Hitler haqqında kitab tapıldı, molla cərimələndi

Başqırdıstan Respublikasının Nuquş kəndində mollaya məsciddə tapılan Adolf Hitlər haqqında kitaba görə 2 min rubl cərimə kəsilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Mash Batash" "Telegram" kanalı yazıb.

Kitab 2023-cü ildə aşkarlanıb. Adı açıqlanmayan kitab faşist Almaniyası və İtaliyaya həsr olunub. Mollanın sözlərinə görə, kitabı məscidə ziyarətçilərdən biri qoyub. 

"Telegram" kanalı aydınlaşdırır ki, işin sonunda kitab məhv edilib.

Qeyd edək ki, Başqırdıstan Respublikası Rusiya Federasiyası subyektlərindən biridir. Respublikanın ərazisi 143.9 min kvadrat kilometrdir. Ural dağlarının cənubu və bu civardakı düzənlikləri əhatə edir. Başqırdıstanda aparıcı din islamın sünni məzhəbidir (67%). İkinci pillədə xristianlığın pravoslav məzhəbi durur (22%).

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->