Xəbər lenti

Rusiya millisinin iki üzvü həbs olundu (RƏSMİ)
İdman 09:17 11.10.2018

Rusiya millisinin iki üzvü həbs olundu (RƏSMİ)

Rusiya millisinin futbolçuları - Pavel MamayevAleksandr Kokorin həbs olunub.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmisi məlumat verib. Hər iki futbolçu xuliqanlıqd ittiham olunaraq saxlanılıb. 

"İstintaq artıq sabah onların barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müraciət edəcək. Bu həm həbs, həm də ev dustaqlığı ola bilər" deyə DİN nümayəndəsi əlavə edib.

Futbolçular Rusiya Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini, eləcə də daha əvvəl Rusiya "Birinci kanalı”ının aparıcısı Olqa Uşakovanın sürücüsü Viktor Solovyovu döyməkdə ittiham olunur.

Hadisə zamanı hər iki futbolçu sərxoş olub. Onlar Moskvanın mərkəzindəki kafelərin birində Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini döyüb. Hadisədən sonra zərərçəkmiş məmurlar xəstəxanaya çatdırılıb, futbolçular isə kafeni tərk edib. Pakın vəkili onun ciddi xəsarət aldığını və məsələ ilə bağlı cinayət işinin başladığını açıqlayıb. Hadisənin irqi zəmində baş verdiyi bildirilir. Kokorin və Mamayevin sürücünü striptiz-klubdan sərxoş halda çıxdıqdan sonra döydüyü iddia olunur. 

Onu da qeyd edək ki, Aleksandr Kokorin "Zenit”də, Pavel Mamayev isə "Krasnodar”da çıxış edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->