Rusiya Aralıq dənizindəki hərbi dəniz bazalarının sayını artırmaq niyyətindədir.
Qaynar.info-nun məlumatına görə, yeganə hərbi dəniz bazası Suriyanın Tartus limanında yerləşən Kreml indi də Misir və Əlcəzairdən baza istəyib.
Misir prezidenti Məhəmməd Mursi Moskvada səfəri zamanı ölkədəki iqtisadi böhranın qarşısını almaq üçün Rusiyadan 4 milyard dollar kredit istəyib. Mursi Rusiya ilə həqiqi siyasi pakt bağlamağa hazır olduqlarını açıqlayıb.
İraqın "Əz Zaman" qəzetinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Mursiyə bütün bunların qarşılığında yeni şərt irəli sürüb. Danışıqlar zamanı Putin Misir və Əlcəzairdə hərbi dəniz bazaları yaratmaq üçün icazə istəyib.
Qaynar.info
Şərhlər