Rusiya Müdafiə Nazirliyi Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun "Rusiyanın verdiyi vədləri yerinə yetirməməsi", həmçinin Suriyanın şimalında hərbi əməliyyatın başlanması təhlükəsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkovun dediyinə görə, bu açıqlama "çaşqınlığa səbəb olub". O xatırladıb ki, Rusiya Federasiyası Türkiyə ilə imzaladığı 22 oktyabr tarixli Soçi Anlaşma Memorandumunun müddəalarına tam əməl edib və indi də həyata keçirməkdə davam edir.
Nazir bildirib ki, ən əsası münaqişə edən tərəflərin döyüşü dayandırması vaxtından əvvəl təmin edilib və Suriya sərhədində Türkiyə silahlı qüvvələri ilə birgə patrul xidməti həyata keçirilib. Bundan əlavə, vəziyyətin normallaşdırılması üçün bu bölgəyə Rusiya hərbi polisinin əlavə qüvvələri yerləşdirilir, mülki şəxslərə tibbi yardım göstərmək üçün sahə xəstəxanaları yaradılır.
Rusiya Döyüşən tərəflərin Uzlaşma Mərkəzi Fərat kənarındakı şəhər və kəndlərin sakinlərinə humanitar yardım paylamağa başlayıb. Nəticədə vəziyyəti əhəmiyyətli dərəcədə sabitləşdirmək mümkün olub”.
General Konaşenkovun sözlərinə görə, Türkiyə Xarici İşlər nazirinin hərbi əməliyyatların başlamasına çağırış Suriya Ərəb Respublikasının şimalındakı vəziyyəti nəinki normallaşdırar, əksinə gərginləşdirə bilər.
Alpər
Şərhlər