Rusiya Myanmanı ələ keçirir: 50-dən çox təyyarə və helikopter göndərildi

Rusiya Myanmanı ələ keçirir: 50-dən çox təyyarə və helikopter göndərildi

Rusiya Müdafiə naziri Sergey Şoyqu Myanmaya rəsmi səfərdədir. 

Qaynarinfo xəbər verir ki, bu gün o, Myanma Silahlı Qüvvələrinin Baş Komandanı, baş general Min Aung Hline ilə danışıqlar aparacaq. Tərəflər hərbi və hərbi-texniki əməkdaşlıq, eləcə də Asiya-Sakit okean bölgəsindəki vəziyyəti müzakirə edəcəklər. 

22 Yanvar, Şoyqu Neypidoda Myanmanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş müdafiəçilərə həsr olunmuş abidənin önünə çələng qoyub. Memorial Myanmanın paytaxtı Neypidonun Zeyatiri bölgəsindədir. 

Rusiya Müdafiə Nazirliyi Rusiya ilə Myanma arasında ikitərəfli hərbi-texniki əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib. Rusiya bu ölkəyə 30 MiG-29 qırıcısı, 12 döyüş hazırlığı Yak-130, altı Su-30SME çox məqsədli təyyarə, on Mi-24 və Mi-35P hücum helikopteri, səkkiz Peçora-2M zenit-raket kompleksi, habelə radiolokasiya stansiyaları, zirehli texnika və topçu sistemləri yerləşdirib. Myanmada hər növ avadanlığa xidmət göstərmək üçün ortaq xidmət mərkəzi yaradılıb.  

Myanma Ordusunun bölmələri Beynəlxalq Ordu Oyunlarında iştirak edir. Onlar 2020-ci ildə Kavkaz-2020 strateji təlimində iştirak ediblər. Rusiya və Myanma limanlarına hərbi gəmilərin girişi üçün sadələşdirilmiş prosedura dair Hökumətlərarası Saziş mövcuddur.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR