Rusiyanın Sankt-Peterburq üzrə istintaq orqanları 1993-cü ildə Azərbaycanda anadan olan vətəndaş barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci bəndinin 2-ci hissəsində (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq hərəkəti) nəzərdə tutulan cinayət üzrə iş açıb.
Qaynarinfo oxu.az-a istinadla xəbər verir ki, oktyabrın 13-də polis əməkdaşları daha öncə Krasnoselsk rayonunda qaçırılmış avtomobili saxlayıblar.
Avtomobili tərk edən sürücü bıçaqla hüquq mühafizə orqanları nümayəndələrinə hücum edib. Havaya açılan xəbərdarlıq atəşindən sonra polis əməkdaşları şübhəli qismində saxlanılan şəxsi hədəfə alıblar və onu sağ çiynindən yaralayıblar.
Hazırda cani xəstəxanada mühafizə olunur. Onun həbs olunması və ittiham irəli sürülməsi məsələləri həll edilir.
Şərhlər