Hazırda təhqiqat gedir.
Ermənistan “Antikorrupsiya mərkəzi” aktiv iş mərhələsinə keçib, korrupsiyaya yol verən məmurlarla bağlı sənəd və faktlar korrupsiya aktlarının həyata keçirildiyi ölkələrə göndərilir. Gün.Az-ın verdiyi xəbərə görə, bu haqda “Vətən və şərəf” partiyasının lideri, “Antikorrupsiya mərkəzin”in təşəbbüskarı Qarnik Marqaryan bildirib. Məlumatı Ermənistan KİV-ləri yayıb.
Mərkəz bütün dünya üzrə antikorrupsiya strukturları ilə əməkdaşlıq edir. Artıq bir neçə məmurun həyata keçirdiyi korrupsiya aktları ilə bağlı materiallar həmin ölkələrə göndərilib və onlardan cavab gözləyirlər. Rusiya hüquq-mühafizə orqanları və “Korrupsiya əleyhinə İctimai Birliy”inin Ermənistanın ikinci prezidenti Robert Köçəryanın işinə səssiz qalması sualına cavab olaraq, “Antikorrupsiya mərkəzi”nin rəhbəri bildirib ki, hazırda təhqiqat gedir, yoxlamalar aparılır, bu müddət ərzində isə işlə bağlı informasiya verilə bilməz. Köçəryanın işi haqqında da digər işlərdə olduğu kimi bu gün nə isə demək məqsədəuyğun deyil”.
Xatırladaq ki, “Korrupsiya ilə Mübarizə üzrə İctimai Birliyi”nin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin işçi masası üzərindəki Ermənistanın keçmiş prezidenti R.Köçəryanla bağlı sənədlər və materiallar onun maliyyə fırıldaqçılarına cəlb olduğunu sübut edir. Sənədlər Ermənistandan əldə olunub. Cinayət işi Rusiya Ali Prokurorluğunda baxılıb, lakin taleyi hələ məlum deyil.
Qeyd edək ki, həmin materiallar bu ilin may ayından etibarən prokurorluq orqanlarının təhqiqatına verilib.
Qaynar.info
Şərhlər