Rusiya vətəndaş qarşıdurması və parçalanma mərhələsinə daxil oldu (ŞƏRH)

Rusiya vətəndaş qarşıdurması və parçalanma mərhələsinə daxil oldu (ŞƏRH)

Müxalifət lideri Aleksey Navalnının Şeremetyevo hava limanında həbsi, onu qarşılamaq üçün Vnukova və Şeremetyevo hava limanlarına gəlmiş tərəfdarlarına qarşı polis zorakılığının tərədilməsi, bəzi hallada vətəndaşlarla polsilər arasında qarşıdurmaların baş verməsi Rusiyada yeni bir mərhələyə start verdi. 

Qaynarinfo xəbər verir ki, politoloq Xaqani Cəfərli bunu Rusiyada vətəndaş qarşıdurması mərhələsi kimi qiymətləndirib. Politoloqun fikrincə vətəndaş qarşıdurması Rusiyanın parçalanmasına səbəb olacaq: 



"Rusiyanın ən tanınmış siyasi texnoloqlarından biri olan Qleb Pavlovski cəmiyyətin bundan sonra radikallaşacağını, polis orqanlarının da əzazilliyinin artacağını, bunun nəticəsində isə qətllərin baş verəcəyini proqnozlaşdırır. Hər kəs anlayır ki, Putin Lukaşenkonun yolu ilə gedəcək. Ağlı başında olan hər kəs anlayır ki, vətəndaş qaşıdurması Rusiyanın parçalanmasına səbəb olacaq. 

Belarusdan fərqli olaraq Rusiya çox böyük və çoxmillətli ölkədir. Belə ölkələrdə vətəndaş qarşıdurması ölkənin parçalanmasını labüd, qaçınılmaz prosesə çevirir. Əgər, buraya Qərbin Rusiyaya münasibətini də əlavə etsək, Rusiyanın parçalamasının qaçılmazlığı daha aydın görünəcək”.

Orxan Əhmədli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR