Video 11:36 13.11.2019

Rusiya yeni odsaçan silahıyla gündəmdə (VİDEO)

Rusiya ordusu yeni TOS-2 ağır oqnomyot sistemlərini orduya daxil edəcək. 

Qaynarinfo xəbər verir ki, Moskvanın Qırmızı Meydanında keçiriləcək Qələbə Paradında yeni döyüş maşınlarının nümayiş ediləcəyi gözlənilir. 

TOS-2 öz sələf sistemlərinin dəyişdirilmiş formasıdır (TOS-1 və TOS-1A). Artıq Rusiyadan kənarda bu hərbi yenilik haqqında danışmağa başlanıb. 2018-ci ildə, hələ silah tam istehsal olunmamış Almaniyanın "Stern" nəşri TOS-2 haqqında məqalə dərc edib. Almanlar Suriyada istifadə edilən TOS-1A "Solnçepek”i həmin yeni silah olaraq zənn ediblər.

TOS-2-yə gəlincə, əvvəlcə bu sistemin "Tosoçka" adlandırılması planlaşdırılıb. Onun taktiki və texniki xüsusiyyətləri təkmilləşdirilib. Sistem təkərlər üzərində hərəkət edəcək. Texnikanın səhrada istifadə edilməsi təcrübəsinə əsaslanaraq belə bir qərar verilib.