Xəbər lenti

Rusiyada 9 ayda 5010 nəfər alkoqoldan öldü (STATİSTİKA)
Dünya 12:39 07.12.2019

Rusiyada 9 ayda 5010 nəfər alkoqoldan öldü (STATİSTİKA)

Rusiyada bu ilin doqquz ayında 5010 nəfər təsadüfi alkoqol zəhərlənməsindən ölüb. Bu cür statistika 2018-ci ilin doqquz ayı üzrə məlumatları 11,9% üstələyir. 100 min nəfər üçün bu rəqəm 4.6 nəfərdir.

Qaynarinfo kp.ru-ya istinadla xəbər verir ki, Rusiyada alkoqoldan zəhərlənmədən ölüm halı da 15,9% artıb. "İnterfaks” agentliyi Milli Alkoqol Siyasəti İnkişaf Mərkəzinin məlumatlarına istinadən 2019-cu ildə bu sayın 1433 nəfər olduğunu bildirib.

Qeyd edək ki, təkcə Moskvada doqquz ayda 77 nəfər alkoqol zəhərlənməsindən dünyasını dəyişib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->