Dünya 14:17 10.04.2020

Rusiyada benzin istehsalı azaldı

Aprel ayının ilk həftəsində Rusiyada benzin istehsalı 19% azalıb. 

Qaynarinfo xəbər verir ki, bu haqda Yanacaq və Enerji Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin (CDU TEK, Energetika Nazirliyinin strukturu) verdiyi məlumatda deyilir.

Xüsusilə, 1 apreldən 7 aprelə qədər yalnız beşinci ekoloji sinifdən 648 min ton benzin istehsal edilib. Bir həftə əvvəl isə, demək olar 800 min ton istehsal edilmişdi. Bundan əlavə, bu benzinin daxili bazara göndərilməsi də 11,6% azalıb.

Energetika Nazirliyi ölkədə heç bir problem olmadığını iddia edir. Agentliyin məlumatına görə, əksər bölgələrdə 10 gün bəs edəcək yanacaq ehtiyatı var.
 
Alpər