Dünya 17:24 19.09.2019

Rusiyada ermənilərlə yezidi kürdlər arasında kütləvi dava

Rusiyanın Yekaterinburq şəhərində "Taqanskiy ryad” bazarında yezidi kürdlərlə ermənilər arasında atışma və kütləvi dava olub.

Bu barədə "Arqumentı i faktı.Ural” qəzeti məlumat yayıb.

Bildirilib ki, bazarda ermənilər və yezidi kürdlərin sahibkarlıqla məşğul olan nümayəndələri arasında baş verən mübahisə kütləvi dava-dalaş çevrilib. ("Report”)