Dünya 18:14 17.04.2021

Rusiyada helikopter sərt eniş etdi, pilot öldü (VİDEO)

Rusiyanın Krasnodar diyarında "Mi-2” helikopterinin pilotu sərt eniş edib, həlak olub.

Bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

"Helikopterin sərt enişi nəticəsində Krasnodar-Novorossiysk avtomobil yolunun 52-ci kilometrliyində pilot, 1960-cı il təvəllüdlü kişi həlak olub”, - məlumatda deyilir.

FHN-də əlavə ediblər ki, helikopter tarlaların suvarılması zamanı İlski qəsəbəsi ərazisində sərt eniş edib.

Hadisə yerinə müstəntiqlər və kriminalistlər yollanıb. /"Qafqazinfo”