Dünya 11:50 17.09.2021

Rusiyada polis bölməsində partlayışı törədən şəxsin kimliyi məlum oldu

Sentyabrın 16-da Rusiyanın Voronej vilayətində polis bölməsində partlayışı təşkil edən şəxsin kimliyi məlum olub.

Qaynarinfo "Mash” "Telegram” kanalına istinadla xəbər verir ki, cinayətkarın 53 yaşlı Viktor Mirski olduğu ortaya çıxıb. 

Bildirilir ki, polis dünən onun Polevoy küçəsindəki evində axtarış aparıb. Viktorun evindən detonatorlar, bağlı telləri olan qaz balonu və digər partlayıcı maddələr aşkar edilib.

Araşdırmalara görə, o, 2020-ci ildə Krasnoyarskda airsoft qumbarası alıb.

Cinayətkarın axtarışları davam edir.

Xəyal