Rusiyada soydaşımızı siqaretə görə Azərbaycana buraxmadılar

Rusiyada soydaşımızı siqaretə görə Azərbaycana buraxmadılar

Rusiya Federasiyasının Kirov şəhəri Lenin rayonu məhkəməsi azərbaycanlı fərdi sahibkara tütün və siqaret ticarətini qadağan edib. 

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, səbəb onun mağazasının "Günəş” uşaq bağçasından 20 metr məsafədə yerləşməsidir.

İcra sənədi müəssisə sahibinə təhvil verilib. Ona həmçinin ölkədən kənara çıxmaq qadağası qoyulub.

Qadağaya baxmayaraq, soydaşımız hələ də tütün vasitələri satmaqda davam edib. Bundan başqa, o, Azərbaycana istirahətə də gəlmək istəyib. Lakin onu aeroportdan təyyarəyə buraxmayıblar.

Yalnız bundan sonra sahibkar məhkəmənin tələblərinə əməl etməyə başlayıb.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR