Rusiyada təyyarə sərt eniş etdi: Ölənlər və yaralananlar var

Rusiyada təyyarə sərt eniş etdi: Ölənlər və yaralananlar var

Rusiyanın Kemerovo vilayətində "L-410” tipli təyyarə sərt eniş edib.

Qaynarinfo "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Promışlennovski rayonunun Juravlevo kəndi ərazisində baş verib. 

Təcili tibbi yardım xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 7 nəfər həlak olub, 13 nəfər xəsarət alıb. Ölənlərdən ikisi təyyarənin pilotlarıdır.

Hadisəyə səbəb "L-410" təyyarəsinin mühərriklərindən birində problem yaranması olub. Nəticədə təyyarə eniş edən zaman meşə massivi ilə toqquşub.
X
XƏBƏRLƏR
BLOGLAR