"S-400 zenit-raket komplekslərinin ikinci partiyasının satışını gerçəkləşdirmək üçün aparılan danışıqlarda irəliləyiş əldə olunub. Hazırda Ankaranın son qərarını gözləyirik".
Qaynarinfo xəbər verir ki, bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib. O, bildirib ki, pandemiya səbəbindən hələlik sazişin nə zaman imzalanacağını söyləmək çətindir.
Şuqayev S-400lə yanaşı Türkiyəyə Su-35 qırıcıları da satmağa hazır olduqlarını vurğulayıb.
Camal
Şərhlər