Rusiya Müdafiə Nazirliyi Sarmat nüvə silahlı qitələrarası ballistik raketi ilə əlaqədar yeni video paylaşıb.
Qaynarinfo xəbər verir ki, "SS-18 Satan" raketinin əvəzləyicisi hesab edilən Sarmat 2020-ci ildə ordunun istifadəsinə veriləcək. Raket sistemi 10 ədəd böyük, 16 ədəd kiçik döyüş başlığını daşımağa qadirdir və dünyanın hər iki yarımkürəsinə çata biləcək potensiala sahibdir.
Qeyd edək ki, Rusiyanın digər layihəsi olan səsdən sürətli "Avangard" raket sistemi isə 2019-cu ildə istifadəyə veriləcək.
Gülşən
Şərhlər