Rusiyanın Kiyevdəki səfirliyinə hücum olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın Country.ua saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, səfirliyə naməlum bir şəxs 2 qaz bombası atıb. Bomba zərərsizləşdirilib. Naməlum şəxs hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb. Cinayətkarın tutulması istiqamətində axtarışlar aparılır.
Faktla bağlı "xuliqanlıq" maddəsi üzrə cinayət işi açılıb.
Şərhlər