Xəbər lenti

Rusiyanın Su-30 hərbi təyyarəsi qəzaya uğradı
Dünya 16:46 22.09.2020

Rusiyanın Su-30 hərbi təyyarəsi qəzaya uğradı

Tver bölgəsində Su-30 hərbi təyyarəsi qəzaya uğrayıb. 

Qaynarinfo xəbər verir ki, pilotlar təhlükəsiz şəkildə təyyarədən katapult olunub. Onlar yerə endikdən sonra mərkəzlə əlaqə yaradıblar.

Təyyarənin təlim uçuşu zamanı qəzaya uğradığı bildirilir. Su-30 meşədə qəzaya uğrayıb və heç bir dağıntıya səbəb olmayıb.

Heyət artıq baza aerodroma təxliyyə olunub. 

Qəzanın səbəbləri Qərb Hərbi Dairəsinin komissiyası tərəfindən müəyyən ediləcək.
 
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->