Foto 17:39 26.11.2021

Ruslan Əliyev: “Mənə təşəkkür etmək lazım deyil” (FOTO)

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qurumda çalışan, valideyn himayəsindən kənarda - internatda böyüyən əməkdaşlarla görüşüb.

Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, baş direktor onların iş şəraiti ilə yanaşı, mövcud vəziyyətləri ilə də yaxından maraqlanıb.

Görüşdə xüsusi diqqətə ehtiyacı olan əməkdaşlara problem və təkliflərini səsləndirməyə imkan yaradılıb. İstehsalat Birliyinin rəhbəri onların daha çox təhsilə köklənmələrini tövsiyə edib və bu yöndə lazımi dəstəyin veriləcəyinə söz verib. İş prosesində qadınların hüquqlarının qorunmasının vacibliyini bildirən baş direktor, bu xüsusda valideyn himayəsindən kənarda yaşamış qadın əməkdaşlara xüsusi diqqətin yetirildiyini bildirib.

R. Əliyev görüşdə iştirak edən əməkdaşları əmin edib ki, onlara görə istənilən təşkilata müraciət etməyə, gələcək həyatlarının təmin edilməsi istiqamətində bütün imkanlarını səfərbər etməyə hazırdır. Təki, onlar işində məsuliyyətli və davamiyyətli olsunlar.

Görüşdə iştirak edənlər dəstəyə görə baş direktora təşəkkür ediblər. "Azəriqaz"ın rəhbəri: "Mənə təşəkkür etmək lazım deyil. Təki, siz rahat olun”- deyib.