Dünya 11:20 21.02.2024

Ruslar poliqonda general Moiseyevi gözləyirdilər, HIMARS gəldi, 65 can aldı

Fevralın 20-də Ukrayna ordusu Donetsk vilayətinin Volnovaxa rayonunun Trudovskoye kəndi yaxınlığındakı poliqona hücum edib. 

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, hücum nəticəsində ən azı 65 rusiyalı işğalçı məhv edilib.

Onların fikrincə, zərbələr HİMARS reaktiv yaylım atəşi sistemi ilə həyata keçirilə bilərdi. Bu zaman 36-cı qvardiya motoatıcı briqadasının (06705 saylı hərbi hissə, Trans-Baykal ərazisi) hərbi qulluqçuları sıralanmada olub.

4-cü, 5-ci və 6-cı rotalardan olan ruslar təlim meydançasında dayanaraq Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandiri, general-mayor Oleq Moiseyevin gəlişini gözləyirdilər. Sağ qalanlardan biri deyib: "Komandirlər onları açıq sahədə düzmüşdülər". Ümumilikdə, ən azı 60 məhv edilmiş hərbçi məlumdur.

Alpər